Kateqoriyasız

Qurban Qurbanov jurnalistlərin suallarını cavablandıracaq

Türkiyənin “Qalatasaray” klubu ilə xeyriyyə oyunu keçirəcək “Qarabağ”ın matçdan öncə mediaya açıq məşqi və baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı nəzərdə tutulub.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, martın 25-də saat 16:45-də Bakı Olimpiya Stadionunda Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək.

Saat 17:00-da isə “Qarabağ”ın mediaya açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

Qarşılaşma martın 26-da saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43