Ölkə futbolu

Qurban Qurbanov: “Kimsənin kimsəni təhqir etmək hüququ, haqqı yoxdu”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun “facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi vasitəsi ilə azarkeşlərə müraciət edib:

“Mənim ümumiyyətlə, facebook hesabım yoxdu. Bu sosial şəbəkədə nələrin baş verdiyindən xəbərim yoxdu. Nurlan yanıma gəlib “facebook”da baş verənləri göstərdi. Öncəliklə, bütün azarkeşlərimizə verdiyi dəstəyə görə təşəkkürümü bildirirəm. Dəstək verən hər kəsə ayrıca minnətdaram. Amma, xahiş edirəm ki, gəlin heç kimi təhqir etməyək. Bizə təhqir etmək yaraşmaz. Bəli, baş verən olay bağışlanmazdı. Kimsənin kimsəni təhqir etmək hüququ, haqqı yoxdu. Azarkeşlərimizin reaksiyasını da başa düşürəm. Amma qeyd etdiyim kimi, gəlin, təhqirləri yığışdıraq. Hərkəsin qohumu, dostu,tanışı, ailəsi var. Kiminsə təhqir olunmasına heç vaxt istəmərəm. Mənim ailə əxlaqım, tərbiyəm ümumiyyətlə təhqirə qarşıdır. Düzdü, edilən hərəkət bağışlanan deyil. XÜsusulə, ölkənin öndə gedən qəzetində belə bir ifadəyə yolverilməsi üzücü, yolverilməzdi. Amma sizdən xahiş edirəm ki, gəlin təhqirləri yığışdıraq. Ümumiyyətlə, hər kəsi insanı, şəxsiyyətini təhqir etməkdən uzaq durmağa çalışıram. Bir daha hər bir azarkeşə verdiyi dəstəyə görə təşəkkür edir və daha heç kimin təhqir edilməməsini istəyirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43