Dünya futbolu

Qurban Qurbanov: “Komanda sabahkı oyuna hazırdır”

Avroliqanın qrup mərhələsinin V turuna start verilir

İdmanxeber.az-ın məlumatına görə, sabah UEFA Avroliqasının V turunda “Qarabağ” doğma meydanda “Sportinq”i qəbul edəcək. Oyundan öncə keçirilən mətbuat konfransında təmsilçimizin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə görüş barəsində fikirlərini bidlirib:

“Bu ilin son oyununa çıxırıq. Çox istəyirik ki, qələbə qazanaq. Çalışacayıq ki, azarkeşləri sevindirək. Rəqibdə baş məşqçi dəyişikliyi olub. Belə hallarda komandalar daha da istəkli olur. Ancaq hər şeyə rəğmən meydanda yaxşı mübarizə aparacayıq.”

-“Sportiq”in bir neçə əsas oyunçuları Bakıya gəlmir. Bu, bizim üçün xüsusi motivasiya ola bilər ?

-Belə böyük klubların kifayət qədər geniş heyəti olur. 23 yaşlı oyunçularla gəlsə belə onlar da peşekar oyunçulardır. Bu cür fikirlərə çox önəm verimirik. Biz “Sportinq”ə qarşı oynayırıq. Onların böyük tarixi var. Və böyük klubdurlar. Biz hər bir halda qalib gəlmək üçün yaxşı oyun göstərəcəyik.

-Sabahkı oyunda Emeqara olmayacaq.Onun yerinə  Araz Abdullayevə şans veriləcək ? Bir də Rəşad Sadıqov sabah oynasa 100-cü matçına çıxacaq. Bu komanda üçün xüsusi motivasiya  ola bilər ?

-Bəli, sabah Emeqara olmayacaq. Arazın həmin mövqedə oynama ehtimalı çoxdur. Tam qərarı sabah verəcəm. Rəşadın 100-cü oyunu olması çox sevindiricidir. Azərbaycanlı bir oyunçunun belə bir göstərici göstərməsi çox müsbət haldır. Sabahkı oyunda komandam üçün yetərincə motivasi var. Rəşadın sabah oynayıb-oynamaması hələ bilinmir. Komanda istənilən halda sabahkı oyuna hazırdır.

-Rəşadın sabah olub-olmamayacağının dəqiq olmadığını dediniz. Bu, zədə ilə bağlıdır ?

-Xeyr, zədə ilə bağlı deyil.

-Millətlər Liqasından sonra özünüzü bu oyuna hazırlaya bilmisiniz ?

-Bəli, bu, bizim işimizdir. Biz mövsüm bitənədək gərgin işdə çalışılrıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43