Premyer Liqa

Qurban Qurbanov: “Komandamızda psixoloji yorğunluq var”

Premyer Liqanın 7-ci turunda “Simurq” səfərdə “Qarabağ”la qarşılaşdı. Qarşılıqlı hücumlar şəraitində keçən oyun qolsuz heç-heçə ilə başa çatdı – 0:0.

Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “90 dəqiqə ərzində oyunda üstünlüyə yiyələnmək istədik. Rəqibin müdafiədə yaxşı oynadığını bilirdik. Həm hücumda, həm müdafiədə uğurlu oynadıq. Komandamızda psixoloji yorğunluq var. Çalışacağıq ki, komandanı daha yaxşı vəziyyətə gətirək. Rəqiblərimizin hamısı güclüdür”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43