Kateqoriyasız

Qurban Qurbanov koronavirusa yoluxdu

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovda koronavirus aşkarlanıb.

Bunu onun köməkçisi Elçin Rəhmanov Azərbaycan Premyer Liqasının 11-ci turunda bu gün “Səbail”lə keçirilən görüşdən (1:1) sonra mətbuat konfransında deyib. O qeyd edib ki, Qurbanovun COVİD-lə bağlı ilk testi pozitiv çıxıb, səhhəti yaxşıdır

Məhz bu səbəbdən baş məşqçi bugünkü oyunda komandasının yanında olmayıb. O, ötən gün işğaldan azad olunmuş Ağdam səfərində də eyni səbəbdən iştirak etməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43