Ölkə futbolu

Qurban Qurbanov: “Kosovo əsas rəqibimiz kimi görünür”

Millətlər Liqasında sabah Azərbaycan – Kosovonu qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan milli komandası Sabah UEFA Millətlər Liqasında Kosovonu qəbul edəcək.Yığmamızın baş məşqçisi Qurban Qurbanov oyundan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“İlk rəsmi oyunumuza hazırlaşırıq. Hər oyun olduğu kimi bu oyun da çox vacibdir. Neçə gündür bu oyuna hazırlaşırıq. Düşünürəm ki, yaxşı hazırlaşmışıq. Hamımız sabahki oyun üçün əlimizdən gələni edəcəyik. Rəqib kifayət qədər güclüdür. Ancaq biz də qələbə üçün meydana çıxacayıq.

-Kosovonu necə məğlub edərik barəsində düşünəndə ilk əngəl hansı olur?

Biz bütün çarələri tapmalıyıq. Analiz edirik ki, hansı oyunçuları seçsək daha yaxşı nəticə göstərə bilərik. Ancaq yenə də məni narahat edən məsələlər var. Bunlar təbii ki, heyətdəki itkilərdir. Ümumiyyətlə, oyunçularımın oyun təcrübəsi məni narahat edir. Ancaq dediyim kimi hər şeyin ən yaxşını edəcəyik. Mən futbolçularıma inanıram. Mümkün qədər rəqibin oyunlarını analiz etmişik.

-Rəqibin Avropada çıxış edən oyunçuları var. Bu bizim oyunçularımıza necə təsir edir?

Biz ayrı-ayrlıqda onların oyunçularını izləmişik. Demək olar ki, stabil oyun oynayırlar. Ancaq fərdi oyunlar bizi narahat etsə də, kollektiv oyunda önəmlidir. Biz sabah bunu bacarmağa çalışacayıq.

-Ramillə, Almeydanın hazırki forması nə yerdədir?

Məncə, yaxşıdırlar. Bir tək Ramilin oynamaması məni narahat edir.

-Rəqib baş məşqçi bizim haqqımızda çox xoş sözlər deyir. Bu bizdə arxayınlıq hissi yaratmaz?

İnanmıram belə bir hiss yaransın. Ona bu sözləri üçün təşəkkür edirəm. Biz öz oyunumuz oynamağa çalışacayıq.

-Özünüz də qeyd etdiniz ki, Ramil Şeydayev hazır deyil. Onun yerinə Amil Yunanovu milliyə dəvət etmək olmazdımı ?

Açığı Amilin də oyun təcrübəsi o qədər yüksək səviyyədə deyil. Ramilin oyun azlığı olsa da, yoldaşlıq oyunlarında meydana çıxıb. Amili ilərləyən oyunlarda yenidən millidə görə bilərik. Hazırda o da yaxşı vəziyyətdə deyil.

Rəqibi təhlil etdikdən sonra sabahkı oyunda hansısa taktiki dəyişiklik görə bilərik?

Rəqib çox aqressiv komandadır. Çox sürətli hücumları var. Davamlı pressinq edirlər. Mümkün qədər boş zonalar buraxmamalıyıq.

-Qrupdakı əsas rəqib kimi Kosovonu hesab etmək olar?

Hamımız belə düşünürük. Ancaq meydana bütün komandalar qələbə üçün çıxırlar. Biz bütün diqqətimizi bu turnirə yönəldib ,əgər nəticə əldə edə bilməsək bunu faciə kimi görsək bu, bizim xeyrimizə olmaz. Çalışırıq ki, bütün oyunlarda maksimum nəticə əldə edək. Kosovo çox ciddi rəqibdir. Ancaq Malta və Farer Adalarını da yaddan çıxartmaq olmaz.

Rəşad Sadıqov bir neçə saat sonra U-21 millimizin başında oyuna çıxacaq. Ona nə deyə bilərsiniz?

Təbii ki, uğurlar arzulayıram. Qalib gəlmək hər zaman mümkündür. Çox ciddi rəqibə qarşı oynayırlar. Düşünürəm ki, bu gün U-21 millimiz qalib gələrək yaxşı oyun ortaya qoyacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Zirə”nin yeni baş məşqçisi müəyyənləşdi

admin

“Qarabağ” gürcüləri məğlub etdi

admin

“Neftçi” AZAL-ı cavabsız qollarla məğlub etdi

admin