26 Avqust 2019
Ölkə futbolu

Qurban Qurbanov: “Kubok oyunları çox fərqli olur”

Azərbaycan kubokunun 1/4 final mərhələsinə start verilib

İdmanxeber.az-ın məlumatına görə, ilk “Qarabağ” “Keşlə”ni qəbul edib. Oyunun ardından “Qarabağ”ın baş məqşçisi jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə görüş barəsində fikirlərini bildirib:

“Çətin oyun olacağı bəlli idi.Çətin bir səfərdən gəlmişik. Yorğunluq hiss olunurdu. Oyunçular düzgün oynamağa çalışdılar. Çempionatdakı oyun bundan daha asan olmuşdu. Kubok oyunlarında komandalar çox fərqli oyun göstərir. Bu oyunları fərqləndirmək lazımdır. Düzdür qələbə var, ancaq ikinci oyun daha güclü mübarizə aparmalıyıq”.

-“Keşlə” hər zaman 5 müdafiəçi ilə oynayırdı. Bu gün 4 oyunçu ilə oynadı. Nə qədər gözlənilən idi ?

-Bu oyun 4-lü müdafiə gözləyirdim. Dünəndən bu barədə müzakirələr edirdik. Tam əmin olmasaq da, aç çox hazırlana bilmişdik.

-Cavab oyunu “Ask Arena”da keçiriləcək. Oranın da vəziyyəti bəllidir. Sizin üçün çətin olmayacaq ?

-Həqiqətən də orada oynamaq çox ağır olur. Ancaq biz bu barədə düşünməli deyilik. Mən hər zaman belə meydanlarda oyunçuların zədələnməməsi üçün narahat oluram. Ancaq bunu düşünməyə vaxtımız yoxdur.

Oxşar xəbərlər

İki komanda, iki uğursuz seriya

admin

“Qəbələ”də ilk yarı bombardirləri – VİDEO

admin

“Simurq” ilk matçında qalib gəldi

admin