Ölkə futbolu

Qurban Qurbanov: “Limitə görə, belə addım atdıq”

Premyer Liqanın sonuncu qalibi “Qarabağ” cari mövsümdə ilk qələbəsini qazandı. Qurban Qurbanovun başçılıq etdiyi komanda AZAL-ı səfərdə 3:0 hesabı ilə üstələdi.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra bu fikirləri söyləyib:

“Oyuna yaxşı hazırlaşmışdıq. Vacib qələbə qazandıq. Rəqib bu gün 3 qol buraxsa da, sona qədər mübarizə apardı. Düşünürəm ki, bütün komandalar AZAL-a qarşı oyunda çətinlik çəkəcəklər. Danilo Dias bu gün heyətə daxil edilməmişdi. Həmin mövqe üçün həm Cavid, həm də Dias var. Limitə görə, belə addım atdıq. Çempionat digər oyunlarında bu dəyişiklikləri görəcəksiniz. Qapıçı Fərhad Vəliyevin çıxışındam da razı qaldım”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43