13 Noyabr 2019
Kateqoriyasız Ölkə futbolu

Qurban Qurbanov: “Mənə Avropadan ciddi bir təklif gəlməyib”

“İlin məşqçisi” adına aydınlıq gəlib.

İdmanxeber. az-ın məlumatına görə, Komanda. az saytının jurnalistlər arasında keçirdiyi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ilin məşqçisi seçilib. Təcrübəli mütəxəssis mərasimin ardından jurnalistlərin suallarını cavablandırıb.

“İlk öncə hər kəsə təşəkkür edirəm. Deyiləcək çox sözüm yoxdur. Bu ada layiq gprüldükdn sonra məsuliyyət daha da çoxalır. Növbəti il çalışacağıq ki, futbol üçün daha faydalı olar”.

-Seçimi siz etsəydiniz kimə səs verərdiniz?

-Bu sula haızr deyiləm. Bu, sizlərə aid olan şeydir. Dünən məndən ilin futbolçusuna kimin olacağı soruşuldu ona da cavab verə bilmədim.

Reynaldonun “Qarabağ”a qayıtdığı deyilir. Futbolçunun əyləncəyə olan marağı sizi bir qədər düşündürmürmü?

-Reynaldo haqda tam qərar verilməyib. Bu gün Bakıda həkim müayyinəsindən keçəcək. O, son vaxtlar əyləncəyə meyilli idi. Onunla bu barədə mütləq danışacağıq. Və müqavilədə də öz əksini tapacaq. Məncə, bir problem yaşamayacayıq.

-Transfer dönəmində kimlərin gedib, kimlərin qalacağına qərar verilib?

-Transfer dönəmində gələn də gedən də olur . Bizdə hələki rəsmi bir məlumat yoxdur

-Con Delarj daha çox oynamadı üçün ayrılacağını bildirib.

-Onunla tam açıq söhbətim olmayıb.

-Millidən ayrıldıqdan sonra bütün diqqətiniz “Qarabağ”da olacağı deyilir. Bu il daha gərgin bir mübarizə olacağını demək olarmı?

-Gərgin mübarizə hər il olur. Gələn il də belə olacaq. Bizim məqsədimiz budur. Hər dəfə nəticə üçün oynayırıq. Hansı turnirdə olsaq ən yaxşı mübarizəmizi aparmalıyıq. Hazırda kubok və çempionluq üçün mübarizə aparacayıq.

-Arazın “Arsenal” matçında erməni təxribatçasına heç bir reaksiya verməməsi çox danışıldı. Bu barədə nə deyə bilərsiniz?

-Hər hansı bir futbolçu haqda nəsə demək çətindir. Belə hallar anidən olur. Onun üzərində getmək çox da düzgün olmaz. Bəlkə də Araz onu tanımadı.Hər azərbaycanlı düşmən üzərinə getməyə hazırdır. Orada hər şey ani alındı. Araz heç kimin qabağından qaçan oğlan deyil.

-Qardaşınız Musa Qurbanovun klub prezidenti olacağı deyilir.

-Musa Qurbanov hazırda Zaqataladadır. Belə bir fikir yoxdur.

-Karyeranızda Avropada davam etdirmək fikriniz var?

-Bu sual bir dəfə də verilmişdi. Çox istəyərəm ki, Azərbaycan futboluna xidməti edim. Çünki buna ehtiyac var. Mənə hərhansı bir ciddi təklif olmayıb. “Qarabağ”ı atıb xaricdə işləmək istəməyi mənim üçün düzgün olmaz. Bütün fikrim “Qarabağ”dadır. Bura həmişə sadiq olmuşam. Ayrılanda da belə olmaq istəyirəm.

Oxşar xəbərlər

“Qəbələ”nin məşqçisi: “Qarabağ”a qarşı oynamaq çətindir”

admin

Azərbaycanlı məşqçi hakim səhvlərinə görə istefa verməyi düşünür

admin

TPL-da IV turun hakim təyinatları

admin