Ölkə futbolu

Qurban Qurbanov: “Mən kubok oyunlarına fərqli baxıram”

Azərbaycan kubokunun 1/8 final mərhələsində “Qarabağ” doğma meydanda AZAL-ı məğlub etdi. Oyunsonrası keçirilən mətbuat konfransında ev sahibi komandanın baş məşqçisi Qurban Qurbanovun fikirlərini diqqətinizə çatdırırıq:

“AZAL çətin rəqibdir. Güclü bir müdafiəsi var. Demək olar ki, oyunun sonuna kimi top bizdə oldu. Reynaldonun baxımlı qolu sayəsində növbəti mərhələyə adladıq. Rəqib gözləyirdi ki, qol buraxmasın. Biz də sona kimi mübarizə apardıq və qalib gəldik. Mən kubok oyunlarına fərqli baxıram. Psixoloji cəhətə gəldikdə isə müdafiə xətti olan komandalar qarşı olmaq çətindi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43