Ölkə futbolu

Qurban Qurbanov: “Məşqçi kimi bu, mənə pis təsir etdi”

Çempionlar
Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” sabah “Viktoriya” ilə cavab
matçına çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisinin baş məşqçisi
Qurban Qurbanov oyundan öncə mətbuat konfransında bunları deyib:

“Böyük
bir şansımız var. Baxmayaraq ki, istəkli bir komandaya qarşı oynayırıq. Sabahkı
oyuna hazırıq. Rəqibi artıq daha yaxşı tanıyırıq. Azarkeşlərimizin köməyiylə
daha güclü komanda görəcəyik. Nəticəyə oynamağı yaddan çıxarmayacağıq. 90 dəqiqə
ərzində hücum və müdafiə olunmağı bilmək lazımdır. Rəqibin hər futbolçusu özünü
yaxşı tərəfdən göstərməyə çalışacaq. Onlar da turu keçmək istəyirlər. Düşünürəm
ki, şanslar bərabərdir.

Biz rəqibin
gücünü nəzərə almalıyıq. Rəqib öz meydançasında nəticə əldə etmək üçün
oynayırdı. Onların bütün chdlərinin qarşısını almağa çalışırdıq. Oyun rəqibə
görə dəyişir. Nəticədən də çox şey asılıdır. Topla çox davrana bilmədik. Buna səbəb
“Viktoriya”nın güclü pressinq tətbiq etməsiydi. Oyundan və nəticədən razı
qaldım. Uzun müddətdir ki, ölkə çempionatında oyun oynamırıq. Bunun da təsiri
oldu. Belə turnirlərdə düzgün müdafiə çox önəmlidir.

Bir neçə
hücumçu variantımız var. Danışıqlar davam edir. Amma razılıq əldə edilməyib.
100%-lik məlumat verə bilmərəm. Bəzi detallar aydınlaşdırılmalıdır.

Fikrimizdən
əlavə vaxt da keçir. Bu futbolun qaydasıdır. Heyətdə ciddi bir dəyişiklik
olmayacaq. Hələ qərar verməmişəm. Rəqibin çempionat oyununu da izlədik. Rəqibin
hazırlaşmağa  vaxtı olmasa da, bunun
sabahkı oyunlarına təsir edəcəklərini düşünmürəm. Çünki belə rəsmi oyunları
oynadıqca rəqibin futbolçularının təcrübəsi artır.

Biz daim
çalışırıq ki, rəqibi düzgün qiymətləndirək. Əgər bu turnirdə iştirak ediriksə,
bu şansdan istifadə etməliyik. ÇL-ni düşünmürük. Hələ ki, pley-off-dakı rəqiblər
haqqında düşünmürük.

Oyunumuz
haqqında müxtəlif fikirlər oxumuşuq. Futbol belə oyundur. Nəticə varsa,
yaxşısan yoxdursa, tam əksinə. Hər bir fikrə hörmətlə yanaşırıq. Futbolçularıma
da bildirirəm ki, işimiz futbol oynamaqdır. Hər fikrə cavab versək, işimizi
görməyə vaxtımız qalmaz. Hamı haqqında fikir bildirirlər. Mən onlara cavab versəm,
peşəkar olmaram.

Məşqçi
kimi daima özümü futbolçularım qarşısında inamlı göstərməyə çalışıram. Hər
biriylə ayrı-ayrılıqda rəqibi müzakirə edirik. Üzərimdəki təzyiq bu dəfə daha
çox olacaq. Bizdən tələb edilənləri yerinə yetirməyə çalışacağıq.

İstəyərəm
ki, qrupa düşək. Futbolçular dabunu istəyir. Klubda işləyiriksə, tələb
olunanları etməliyik. Növbəti mərhələyə keçmək məndən asılı olamayan şeydir.
Bunu istəyən daha güclü rəqiblər var. Onları üstələməyə çalışacağıq.

Həmişə
özümüzü düşünəsi deyilik. Rəqiblərimizi də təhlil etməliyik. Bütün faktorları nəzərə
almalıyıq. Amma heç bir rəqibdən çəkinmirik. Gücündən aslı olmayaraq istənilən
komandayla mübarizə aparmağa hazırıq. 

Hər bir
məşqi etməmişdən qabaq yükləmənin hansı dərəcədə olduğunu bilirik. Futbolçu nə
qədər oyuna az qalmış meydana çıxarsa, qarşıya qoyulmuş məqsədi yerinə yetirməyi
o qədər çox arzulayar. Oyundan əvvəl isinməmiz az olur. Cəmi 30-35 dəqiqə bizə
kifayət edir. Oyun günündən sonra futbolçulara məşq proqramı vermirik.

 

5-6
ardıcıl oyundan sonra komanda tam hazır vəziyyətə gəlir. Kimki deyirsə təlim-məşq
toplanışından gələndən sonra deyirsə, komanda 100% hazırdır, bu, yalan söhbətdir.
Futbolçuların üzərində psixoloji yorğunluq olur.

Vüqarı mənim
istəyimlə komandaya qaytardıq. 5-6 il bu klubda top qovub. Bizdən ayrıldıqdan
sonra az müddətdə 3 klub dəyişdi. Sonda klubsuz qaldı. Bu mənə məşqçi kimi pis
təsir etdi. Düşünürəm ki, komandamıza xeyri olacaq”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43