Kateqoriyasız

Qurban Qurbanov mətbuat konfransında əsəbləşdi – VİDEO

“Qarabağ” – AZAL görüşündən sonra təşkil olunmuş mətbuat konfransında jurnalsitlərdən birinin Qurban Qurbanova Gelaşvilinin zəif oyunu ilə bağlı verdiyi sual gənc çalışdırıcını özündən çıxarıb.

Qurbanov bu suala dəfələrlə cavab verdiyini və jurnalsitlərin bu futbolçunun oyunu haqqında yazılarının onun oyununa da müəyyən qədər təsir göstərdiyini bildirib:

“Məncə bu sualı bir də verməyin mənə. Mən bu suala 5 dəfə, bəlkə də 15 dəfə cavab vermişəm. Hər dəfə Gelaşvili haqda sual verirsiz. Bəsdi artıq belə suallar verdiniz. Gelaşvili idi ki, çempionatda 2 qol vurdu 3 xal qazandıq, o deyil idimi? nə olubki? Nə olub, nə qədər bu sualları eşitmək olar? Biraz siz də diqqətli olun. Hər dəfə eybi sualı təkrarlayırsız. Hər halda biz də bu barədə düşünürük. Biz də düşünürük ki, kimi daha yaxşı oynatmaq olar. Başqa komandaların hücumçularını niyə demirsiz? Elə hücumçular var ki, Gelaşvilidən 5 qat üstündü bəlkə də, amma qol vurmayıblar hələ də. Nəzər alın ki, bizim çempionat elə-belə çempionat deyil. İndi futbol başqadı, hansı komandanın hücumçusu var ki, 3-5 və yaxud 10 qol vurub hal hazırda, artıq 5 tur keçib. Gelaşvilini məndən yaxşı tanıya bilməzsiniz. Bu gün Gelaşvili ən çox güc sərf edən oyunçu oldu və “Ayntraxt”la oyunundan da razı qaldım. Hər dəfə bu sualları verməklə futbolçuya psixoloji basqı edirsiniz, hər dəfə qəzeti açanda Gelaşvilidən yazılır. Nə olubki? Gelaşvili çempionatda 2 qol vurub, elə hücumçu var ki, heç 1 qol epizodu da yaratmayıb. Sizin suallarınıza cavab vermək problem deyil, amma hər dəfə bu sualı eşitmək mənim üçün xoş deyil”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43