Kateqoriyasız

Qurban Qurbanov milli komandadan ayrıldı

Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov vəzifəsindən ayrılıb.

İdmanxeber.az xəbər verir ki, 46 yaşlı mütəxəssis istefa qərarını özünün də üzvü olduğu AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında açıqlayıb. Eyni zamanda “Qarabağ”ı çalışdıran Qurbanov komitənin yığıncağında yığma ilə müqaviləsinə qarşılıqlı şəkildə xitam verilməsini istəyib. Mütəxəssisin bu istəyi müsbət dəyərləndirilib.

Qeyd edək ki, Qurban Qurbanov ötən ilin noyabr ayında milli komandanın baş məşqçisi təyin olunub. Qurbanov millinin tarixinə komandanı meydana çıxaran 15-ci baş məşqçi kimi düşüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43