Azərbaycan milli komandası daha bir yoldaşlıq oyunu keçirəcək.
İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, millimiz Bakıda Belarus yığması ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək matç martın 23-ü saat 20:00-da başlayacaq.
Qeyd edək ki, millimiz iyunun 9-da Latviya yığması ilə yoxlama görüşü keçirəcək.