10 Dekabr 2018
Kateqoriyasız Milli komanda

Qurban Qurbanov millinin heyətini açıqladı

UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 11-də səfərdə Farer adaları, 14-də isə Bakı Olimpiya Stadionunda Malta yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.

İdmanxeber. az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Qurban Qurbanov millimizin düşərgəsinə 23 futbolçu dəvət edib. Onların arasında “Proyssen” klubunun hücumçusu Rüfət Dadaşov da var.

Qapıçılar: Kamran Ağayev (“Keşlə”), Səlahət Ağayev (“Neftçi”), Şahruddin Məhəmmədəliyev (“Qarabağ”)

Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov (hamısı “Qarabağ”), Məhəmməd Mirzəbəyov (“Neftçi”), Təmkin Xəlilzadə, Urfan Abbasov (“Qəbələ”), Bəxtiyar Həsənalızadə (“Sumqayıt”), Pavlo Paşayev (“Aleksandriya”, Ukrayna)

Yarımmüdafiəçilər: Qara Qarayev, Araz Abdullayev (hər ikisi “Qarabağ”), Emin Mahmudov, Namiq Ələsgərov (hər ikisi “Neftçi”), Rahid Əmirquliyev (“Səbail”), Cavid İmamverdiyev (“Sabah”), Riçard Almeyda (“Astana”, Qazaxıstan), Dmitri Nazarov (“Aue”, Almaniya)

Hücumçular: Mahir Mədətov (“Qarabağ”), Ramil Şeydayev (“Krılya Sovetov”, Rusiya), Rüfət Dadaşov (“Proysen”, Almaniya), Ruslan Qurbanov (“Səbail”)

Oxşar xəbərlər

SON! ABŞ – Azərbaycan oyununu canlı yayımlayacaq kanal məlum oldu

admin

Millimizin heyəti açıqlandı

admin

Millimiz FİFA reytinqində 24 pillə irəlilədi

admin