Dünya futbolu

Qurban Qurbanov: “Mıxitaryanın Bakıya gəlməməsi məsləhət idi”

Avroliqanın qrup mərhələsinin ikinci turuna start verilir.

UEFA Avroliqasının qrup mərhələsinin ikinci turunda “Qarabağ” sabah “Arsenal”la qarşılaşacaq. Oyundan öncə keçirilən ənənəvi mətbuat konfransında təmsilçimizn baş məşqçisi Qurban Qurbanov oyun barəsində fikirlərini bildirib:

“Dünyanın ən güclü liqasının təmsilçisi ilə oynayacayıq. Rəqib haqda nəsə deməyə ehtiyac yoxdur. Bu oyuna çox ciddi hazırlaşmışıq. İstəyirik yaxşı nəticə qazanaq.

-Mıxitaryanın Bakiya gəlməməsi bizim üçün nə qədər üstünlük ola bilər ? 

-Əvvəla onu deyim ki, siyasətin futbola qarışması arzuolunmazdır. Ancaq bəzən belə hallar olur. Rəqib komanda da öz oyunçusunu qorumaq üçün belə bir addım atıb. Dəfələrlə bizim ölkəyə müxtəlif millətdən idmançılar gəlib. Hamısına da xoş münasibət olub. Ancaq bəzən təzyiqlər də olur. Bunu da başa düşmək lazımdır. Düşünürəm ki, Henrixin Bakıya gəlməməsi ən məsləhətlisi olub.

-Geryenin olmaması komnadaya nə cür təsir edəcək ?

-Geryenin olmaması təbii ki, bizə təsir edəcək.

-“Arsenal”ın son oyunlarını izləmisiniz. Hazırki komanda ilə Vengerin komandası arasında nə fərq var ?

-Bəli, izləmişəm. Hətta onların öz futboçularının açıqlamasından da görünür ki, daha çox qol vurmağa üstünlük verirlər. Bu klubun öz kökü var. Onların hazırki baş məşqçisi bu turnirin ən təcrübəli məşqçisidir. Komanda da sürətli oyunçuların sayı həddindən artıq çoxdur. Müasir futbolda bu çox önəmlidir. Çalışacayıq ki, bunlara qarşı çox diqqətli olaq. Hər halda Arsen Vengerlə Emerinin fərqli tərəfləri və müxtəlif oyun anlayışları var.

-Müasir futbolda sürpriz nəticələr olur. Dünən ÇSKA-nın “Real”ı məğlub etməsi buna nümunədir. Komandanız buna psixoloji hazırdır ?

-Məncə hər şey qaydasındandır. Bizim komanda da olduqca təcrübəlidir. Psixoloji tərfdən bir problemin olacağını düşünmürəm.

-İngiltərə mətbuatına görə, rəqib ikinci heyətlə çıxacaq. Bu, bizim üçün müsbət haldır ?

“Arsenal”ın ikinci heyətinin olduğuna inanmıram. Bizim rəqimiz “Arsenal”dı. Və sabah onlara qarşı oynayacayıq.

-Sabah 60 min azarkeş olacaq.  “Şerif” və “Bate” oyunlarında isə bu rəqəm tən yarı az idi. Sizcə azarkeşlərin rəqibə görə stadiona gəlməsi doğrudurmu ?

-Bizim istidə də, soyuqda da stadionumuzun dolu vaxtları olub. Ancaq məncə bu normal haldır. İstənilən halda böyük komandalara simpatiya artıq olur. Azarkeşlərin də belə oyunlara böyük maraq göstərməsi təbii haldır. Stadiona gəlməyib bizə azarkeşlik edən bir çox insanlar var. Təbii ki, stadionda azarkeş nə qədər çox olsa, bizim üçün bir o qədər də yaxşı olar.

-Ötən mövsüm “Çelsi”yə qarşı iki oyunda da məğlub oldunuz. Bu il də həmin komandayla qarşılaşsaydınız nəticə eyni olardı ?

-Premyer Liqa komandalarını bir-birindən ayırmaq olmaz. Burada ən güclü baş məşqçilər çalışır. Hazırda “Çelsi”də fərqli baş məşqçidir. Onunda fərqli oyun üslubu var. Yəqin ki, yenidən qarşılaşsaydıq biz də başqa cür hazırlaşardıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43