Ölkə futbolu

Qurban Qurbanov: “… narazılığım yoxdu”

“Avstriyada beş oyun keçirməyi planlaşdırırdıq. İlk iki oyunda məğlub olsaq da sonradan qələbələr qazandıq. Keçirdiyimiz ilk oyunlarda hazırlığa yeni başlamışdıq. Sonradan tədricən proqramımıza uyğun çalışmalaramızı yerinə yetirdik. Ümumi götürdükdə oyunlardan razı qaldım”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünən Almaniyanın “Zonnenhof Qrossaşpax” komandası ilə keçirilən yoxlama oyunundan sonra (6:1) klubun rəsmi saytına açıqlamasında deyib.

Ağdam klubunun çalışdırıcısı komandasının hazırlığından razı qaldığını bildirib: “Düzdü, belə tipli oyunlarda hesab bir o qədər əhəmiyyət kəsb etmir. Amma futbolçuların əzmindən razı qaldım. Bir-iki xırda problem nəzərə almasaq hazırlıqdan narazılığım yoxdu. İndi  qarşıdan “Valletta” ilə oyun gəlir. Matça qədər hardasa bir həftə vaxtımız var. İndi diqqətimizi bu qarşılaşamanın hazırlığına yönəldəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43