“Neftçi” üzərində inamlı qələbə qazanan “Qarabağ” (3:1) sabahdan “İnter”lə matçın hazırlıqlarına başlayacaq.
İdmanxeber.com-un məlumatına görə, Bakıxanovda baş tutan qarşılaşmadan öncə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov futbolçularına xüsusi tapşırıqlar verib. Belə ki, çalışdırıcı komandanın aparıcı üzvü Reynaldoya çox güc sərf etməməsini, mübarizələrin bir çoxundan yayınmasını tapşırıb.
Qurbanov Avroliqanın qrup matçı çərçivəsində 4 gün sonra səfərdə qarşılaşacaqları “İnter”lə matçı nəzərə alaraq braziliyalı futbolçuya sakit oynamasını tapşırıb.
Bu barədə komandanın digər “sambaçı”sı Riçard Almeyda saytımıza açıqlamasında deyib:
“Baş məşqçimiz Reynaldoya tapşırdı ki, çox mübarizələrə girişməsin, özünü qorusun”.