Premyer Liqa

Qurban Qurbanov: “Neftçi” təcrübəli futbolçulardan təşkil olunmuş komandadır”

“Fikrimcə, hamınız komandaların oyunundan razı qaldınız. Yaxşı oyun oldu”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi” ilə oyundan (3:1) sonra keçirilən mətbuat konfransında deyib.

“Neftçi” təcrübəli futbolçulardan təşkil olunmuş komandadır. Çoxlu qol epizodunu boşa verdik. Çempionatımızda gərgin mübarizə gedir. Bu cür oyunların olması hamımızın xeyirinədir. İlk oyunda komandalar qapalı oyun göstərmişdi. Bu gün isə hər iki komanda qalib gəlmək istəyirdi, buna görə açıq futbol oynadıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43