İdman

Qurban Qurbanov: “Nəticə qazanmaq üçün meydanda ən yaxşısını etməyə çalışacağıq”

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində Moldovanın “Şerif” klubuyla qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisinin baş məşqçisi baş məşqçisi Qurban Qurbanov bu matçlar haqda öz fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib:

“Şerif” uzun müddətli Avropa təcrübəsinə malik bir komandadır. Rəqibimiz demək olar ki,  hər mövsüm avrokuboklarda mübarizə aparır. Komandanın heyətində çoxlu legionerlər yer alır və heyəti yeniləyiblər. Bu da onu göstərir ki, “Şerif” bu mövsümə olduqca ciddi hazırlaşır. Komandaya italiyalı baş məşqçi rəhbərlik edir və adətən belə komandalar yüksək nizam-intizama malik olurlar. Bizi heç də asan olmayan iki oyun gözləyir.  Amma nəticə qazanmaq üçün meydanda ən yaxşısını etməyə çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43