10 Dekabr 2018
Kateqoriyasız Ölkə futbolu

Qurban Qurbanov: “O məğlubiyyət yaddan çıxmır”

“Əvvəlcə komandamı təbrik edirəm. Vacib qələbə idi”.

İdmanxeber.az saytı xəbər verir ki, bu sözlər “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova məxsusdu.

Topaz Premyer Liqasının XIII turunda “Keşlə”ni qəbul edən Ağdam təmsilçisi böyükhesablı qələbəyə sevinib – 5:1.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib:

 

“Bəzən elə oyun olur ki, sadə qol buraxırsan. Bu gün 5 qol vurmaq hər bir komandaya, futbolçuya

vacib olur. Bizim üçün önəmli olan 3 xal idi. İlk dəqiqələrdən gördük ki, asan rəqib deyil. Tərlan Əhmədovun gəlişindən sonra yaxşılığa doğru çox dəyişiklik olub”.

 

– Fasildən sonra qolların ard-arda gəlməsi nə ilə bağlıdı?
– İlk hissədə də Ozobiçlə 2 qol epizodumuz oldu. Bəzən qol imkanlarından çətin yararlanırsan. Bəzən isə bugünkü kimi alınır. Oyuna eyni aqressiya ilə başlamışdıq. İkinci hissədə fərqli bir şey yox idi. Sadəcə, bu dəfə şanslardan yararlana bildik.

 

– “Sportinq”lə matçda “topa tutulmağımız”ı bu gün əvəz çıxmaq kimi saymaq olarmı?
– Belə düşünmürəm. Fərqli turnirlərdi və bunlara fərqli yanaşıram. Bizim üçün nəticə önəmlidi. “Sportinq”lə görüş bizim üçün ağır məğlubiyyət idi. Nə qədər istəsək də, bu məğlubiyyət yaddan çıxmayıb. Bu gün isə qələbə qazanmaq üçün meydana çıxmışdıq.

 

– “Sportinq”dən 6 qol buraxıb, “Keşlə”yə 5 qol vurmaq iki ölkə çempionatı arasındakl uçurumdan xəbər verir?
– Uçurum deməzdim, fərq böyükdü. “Sportinq” avrokubok təcrübəsi olan komandadı. Fərqləndirmək istəməzdim. Çox fərq olduğunu demək istəməzdim. Həm Portuqaliya çempionatı bizim liqadan, həm də “Sportinq” bizdən güclüdü. Daha çətin komandalar olub ki, onlara qarşı yaxşı mübarizə aparmışıq. Bəzən bəxtimiz də gətirib. Amma “Sportinq”lə görüşdə qapıya gələn hər top qolla nəticələndi.

 

– Oyunun bu günə keçilməsi sizin püşkatmaya getməyinizlə bağlı idi, yoxsa yorğunluqla?
– Sırf püşkatma ilə bağlı idi. Zəng vurub Zaur Axundovdan xahiş elədim ki, Tərlanla məsləhətsin. Həmən də razılaşdılar. Sağ olsunlar, onlara təşəkkür edirəm.

 

– Püşkatmada assosiasiya rəhbərliyi də iştirak edib. Son durum orda müzakirə olundumu?
– Avropa çempionatının ev sahiblərindən biriyik. Ümumi söhbətimiz oldu, problemləri müzakirə etdik. Onsuz da futboldan danışmalıyıq da.

 

– Avropa çempionatında minimum hədəf neçə xal toplamaq olacaq? Bu turnirdə Millətlər Liqası üçün heyət qurmaq fikriniz olacaqmı?
– Bu gün səhər gəlmişəm. Bizə tanış komandalar olsa da, futbol günü-gündən inkişaf edir. Biz onlarla daha yaxından maraqlanmalı, çox məlumat toplamalıyıq. Stabil nəticə üçün oyununu yaxşılaşdırmalısan. Tam yaxından tanış olandan sonra daha yaxşı fikir bildirə bilərəm. Hər oyunda meydana maksimum nəticə üçün çıxmalıyıq. Hər bir oyun bizim üçün böyük təcrübə və təkandı.

Oxşar xəbərlər

“Qəbələ” – “Xəzər Lənkəran” görüşünü kim idarə edəcək?

admin

“Neftçi”nin məşqində alman məşqçilər – FOTOLAR

admin

Böyükağa Hacıyev “Neftçi”ylə neçə illik müqavilə imzalayıb?

admin