Kateqoriyasız

Qurban Qurbanov: “Olimpiakos” bizi daha yaxşı tanıyır”

“Bəzən proqramda dəyişikliklər olur. Bir gün əvvəldən səfərə gedirik. Vaxtımız az idi hazırlaşmağa. Bu səbəbdən Bakıda çalışmağa üstünlük verdik. Ümumən belə pis deyil. Futbolçuların durumu əvvəlkinə nisbətən yaxşıya doğru gedir. “Olimpiakos”a yeni rəqib deyə bilərəm. Baş məşqçiləri təzədir və son matçda fərqli oyun göstərdilər”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov hava limanında jurnalistlərin suallarını cavablandırarkən deyib.

UEFA Avropa Liqasının qrup mərhələsində “Olimpiakos” ilə qarşılaşacaq “Qarabağ” bu gün Yunanıstana yollanıb.

Qurbanov Pirey səfərində qələbə qazanmaq istədiklərini də əlavə edib:

“Qalibiyyətin bizim tərəfdə olmasını istərdim. Hər şeyi nəzərə almaq lazımdır. Rəqibdə 2 məğlubiyyətdən sonra dəyişikliklər edildi. Məşqçini dəyişdilər. Çox narahat olduğum rəqiblərdə anidən məşqçi dəyişikliyinin yaşanmasıdır. Çalışırıq hər şey qaydasında olsun. “Olimpiakos” bizi daha yaxşı tanıyır. Belə hallar bizə böyük təcrübə verir. Rəqib bizimlə matça ciddi hazırlaşır. Oyun zamanı bəzi detallara çox diqqət etməli olacağıq. Futbolçuların üzərinə böyük məsuliyyət və güc düşəcək. Diqqətli olmalıdırlar”.

Sabah keçiriləcək “Olimpiakos” – “Qarabağ” matçına saat 23:00-da start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43