Ölkə futbolu

Qurban Qurbanov: “Onları biz səhv etməyə məcbur etdik”

“Açığı, məğlubiyyətə üzülmədim. Futbolda belə hallar olur”. 

İdmanxeber.com-un apasport.az-a istinadən verdiyi məlumata görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam təmsilçisi az öncə Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində İtaliyada “İnter”lə qarşılaşıb.

0:2 hesabı ilə uduzduqları qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Qurbanov məğubiyyətlə bağlı fikirlərini açıqlayıb: “Bəzi epizodlarda çoxlu səhvlərə yol verik. Məğlubiyyətə yox, futbolçuların elədiyi səhvlərə üzlürəm. Əvvəllər hansısa nəticə üçün oynayırdıqsa, bu gün öz oyunumu sərgiləməyə açlışırıq. Nəticə barədə düşünsəydik, ancaq müdafiədə oturardıq. Bir neçə şansımız oldu. Təəssüf ki, bundan yararlana bilmədik”.

Qurbanov bildirib ki, daha çox meydanda futbolçuların səhvindən narahatdır: “Bu gün Avropanın adlı-sanlı klubuna qarşı oynadıq. Amma səhvlər imkan vermədi. Futbolçular verilən tapşırıı yerinə yetirsələr, nəticə özü gələcək. İndi rəibin 6 xalı var. Bu gün zirvədə olmağa layiqdi. Qarşıdakı oyunlarda bu gün buraxdığımız səhvlərə yol verməməliyik. Ümumi götürsək, “İnter” çox yaxşı müdafiə xəttinə malikdi. Onları biz səhv etməyə məcbur etdik.  Hardasa məğlubiyyəti qəbul edirik. Amma məni narahat edən bəzi səhvlərdi. Mənim də hücumçu kimi, 1 metrdən qapıya dəqiq zərbə vura bilmədiyim vaxtlar olub. Dünən də qeyd etdim ki, “İnter” kimi komandaya qarşı oynamaq bizim üçün təcrübədi. Gələcəkdə yenə bu arenada oynamaq istərdim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43