Kateqoriyasız

Qurban Qurbanov onları Polşaya göndərir

“Qarabağ”ın məşqçiləri “Lex”in oyunlarını izləmək üçün Polşaya yollanacaq.

İdmanxeber.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov məlumat verib.

Təcrübəli mütəxəssis “CBC Sport”a açıqlamasında bunları deyib:

“Lex”in oyunları ilə maraqlandıq. 23-də səhv etmirəmsə, oyunları var. Ayın 28-də matçları olmalıdır. Polşada 3 oyunları olacaq. Məşqçilərimizi ora göndərəcəyik. Daha yaxından canlı görsünlər, rəqiblə tanış olsunlar”.

Qeyd edək ki, ÇL-in I təsnifat mərhələsində Ağdam.klubunun rəqibi olan “Lex” iyunun 18-də “Vidzev”lə qarşılaşacaq. Poznan təmsilçisi ayın 23-də “Poqon”, 28-də isə “Yagelloniya” ilə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43