İdman

Qurban Qurbanov: “Onların məğlub olmasına təəssüflənirəm”

“Futbolçularimizi təbrik etmək istəyirəm. Çünki onlar xarakter nümayiş etdirdilər. Çünki yorğunçuluğumuz tam çıxmamışdı, adaptasiya tam keçməmişdi. “Zirə” bu gün çempionatda ən yaxşı oyunlarından birini göstərdi. Onlar məğlubiyyətə layiq deyirdilər. Baxmayaraq qalib gəldik, “Zirə”nin məğlubiyyətinə təəssüflənirəm. Çünki onlar bu gün yaxşı mübarizə apardılar”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubunun çalışdırıcısı Rəşad Sadıqovun “18”liyə salınmamasına da aydınlıq gətirib:

“Rəşad zədədən yeni dönüb. Risk edib onu belə oyunda, belə meydanda oynada bilməzdim. Məhz buna görə də ona istirahət verdim ki, tam özünü toparlaya bilsin. Qarşıdan millinin oyunu da gəlir”.

“Zirə”ni “Qarabağ” üçün asan rəqib hesab etmk olar?” – sualına isə mütəxəssis belə cavab verib:

“Bundna öncəki oyunlarda da çətin olmuşdu. “Zirə” asan rəqib deyil. Bu komandaya qarşı daim ciddi yanaşırıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43