Ölkə futbolu

Qurban Qurbanov Pelleqrinini qabaqladı, Qriqorçuk 3 pillə irəlilədi

Dünyanın ən yaşı baş məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Siyahıda “Qəbələ” və “Qarabağ”ın baş məşqçiləri Roman Qriqorçuk və Qurban Qurbanovun da adları var.

Ötən cədvəldə 443-cü pillədə olan Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov 8 pillə geriləyib. Təcrübəli mütəxəssis aktivindəki 1361 xalla 450-ci yerdə qərarlaşıb.

45 yaşlı çalışdırıcı siyahıda Marko Silva, Xose Qonsales, Pako Ayestaran, Tolunay Kafkas, Roberto Mançini, Rafael Benites, Pepe Mel, Manolo Ximenes, Petit, Manuel Pelleqrini, Lui van Qal vəÇezare Prandelli kimi təcrübəli baş məşqçiləri qabaqlayıb.

“Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk isə reytinqdə 3 pillə irəliləyib. Ukraynalı mütəxəssis aktivindəki 852 xalla 655-cidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43