Premyer Liqa

Qurban Qurbanov: “Problemlərimiz var idi”

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində qarşılaşdıqları "Bakı" ilə oyunu şərh edib. Ağdamlıların çalışdırıcısı 1:2 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:

“Çox ağır oyun oldu. İstədiklərimizi əldə edə bilmədik. Problemlərimiz var idi. “Bakı”nı qələbə ilə təbrik edirəm. Bərabərlik qolunu vurmağa çalışdıq, lakin alınmadı. Oyunçularımız meydanda çox qaçdı, çox hərəkət etdilər. Rauf Əliyevi qol vurması münasibəti ilə təbrik edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43