28 Noyabr 2022
Kateqoriyasız

Qurban Qurbanov püşkü dəyərləndirdi

“Çox ciddi rəqiblə qarşılaşacağıq. Skandinaviya klubları atletik və fiziki cəhətdən yaxşı oyun nümayiş etdirir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqiblərini dəyərləndirərkən deyib.

O, klubun mətbuat xidmətində açıqlamasında “Molde”nin (Norveç) son illər yüksəlişdə olduğunu bildirib: “Skandinaviya klublarına qarşı təcrübəmiz var, amma futbol standartları hər ötən gün dəyişir. “Molde” son illər stabil çıxış edir və uğurlu qrafiklə yüksəlişdədir. Rəqibi analiz edib, məlumat toplamağa çalışacağıq”.

Qeyd edək ki, “Qarabağ” “Molde” ilə Bakıda qarşılaşacaq. Görüş sentyabrın 15-i və ya 16-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Frayburq” Bakıya azarkeş “ordu”su gətirir

admin

Ramil Şeydayev tibbi müayinədən uğurla keçdi, müqavilə imzalayır

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin