Kateqoriyasız

Qurban Qurbanov püşkü dəyərləndirdi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib.

48 yaşlı mütəxəssis yaxşı qrupa düşdüklərini bildirib:

“Yaxşı qrupa düşmüşük, maraqlı rəqiblərimiz var. “Vilyarreal”ı hamı tanıyır, ən yaxşılardandır, istər iştirak etdiyi çempionat baxımından, istərsə də baş məşqçisinə görə. Unay Emeri “Arsenal”da çalışarkən, onun komandasına qarşı oynamışıq. Tələbkar məşqçidir, özünə xas oyun üslubu var. Görünən odur ki, İspaniya təmsilçisi ən güclülərdəndir. “Sivasspor” isə stabil oyun göstərən komandadır, son mövsüm son oyunlara qədər Türkiyə Super Liqasında liderlər qrupunda oldu. “Makkabi” də ciddi rəqibdir, öz ölkəsinin ən titullu klublarından biridir və ötən mövsümün çempionudur

Qardaş Türkiyə komandasına qarşı oynayacağıq. Düşünürəm ki, qrupun ən maraqlı oyunları “Sivasspor”la ev və səfər qarşılaşmaları olacaq. Çalışacağıq ki, maksimum ən yaxşı oyunumuzu göstərək. Düzdür, ağır qrafikdə oynayacağıq. Həm çempionat, həm Avropa Liqası, həm də millimizin Millətlər Liqasında oyunları olacaq. Futbolçularımız hər 3-4 gündən bir oyuna çıxacaq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Ronaldo “Yuventus”dan ayrılır

admin

“Sumqayıt”dan 75-ci qələbə

admin

Elxan Məmmədovun mətbuat konfransı keçiriləcək

admin