Dünya futbolu

Qurban Qurbanov: “Qələbə qazanmaq üçün hər şeyi edəcəyik”

UEFA Millətlər Liqasının qrup mərhələsində sabah saat 23:45-də Priştina şəhərindəki Fadil Vokrri adın stadionda Kosovo yığması ilə qarşılaşacaq Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov matçdan əvvəl təşkil olunmuş mətbuat konfransında fikirlərini bildirib.

O, bunları deyib: “Son oyunumuza çıxırıq. Hər 2 komanda üçün vacib oyundur. İlk gündən Kosovo millisinə böyük qiymət vermişdim. Rəqibimizn futbolçularının fərdi ustalıq səviyyəsi yüksəkdir. Belə rəqibə qarşı oynamaq çox xoşdur. Oyuna hazırıq. İnanıram ki, komanda olaraq ən yaxşı oyunlarımızdan birini keçirəcəyik.

Doğma meydanda oynamaq, azarkeş amili və hazırkı xal durumu Kosovo yığması üçün üstünlük sayıla bilər. Amma futbolçularımızın da oyuna münasibətini görürəm, qələbə qazanmaq üçün hər şey etməyə hazır olduqlarını bilirəm. Hansı komandanın favorit olması barədə hər hansı fikir bildirmək istəmirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43