Kateqoriyasız

Qurban Qurbanov qələbəni şərh etdi

“Vacib qələbə qazandıq. Çətin oyun oldu. Komandamdan razı qaldım. Oyun nizam-intizamını sona kimi saxlaya bildilər”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Səbail”ə qalib gəldikləri oyundan sonra deyib.

Təcrübəli mütəxəssis gələn həftə qarşılaşacaqları “Neftçi” ilə oyuna da toxunub:

“Ötən gün “Neftçi”nin “Sumqayıt”la oyunda xal itirdiyindən xəbərimiz var. Gələn həftə bizi onlarla çətin oyun gözləyir. Xal fərqini  azaltmaq üçün meydanda döyüşəcəklər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43