21 Sentyabr 2024
Ölkə futbolu

Qurban Qurbanov Qara Qarayev iddialarına son qoydu

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Qara Qarayevin “Neftçi”dən ayrılmasına münasibət bildirib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis bu barədə “Neftçi” görüşündən sonra keçirilən mətbuat konfransında danışıb. O, sabiq oyunçusunun yenidən “Qarabağ”a qayıdıb-qayıtmayacağı sualına isə belə cavab verib: 

Bu gün komandada belə fikir yoxdur. Amma Qaranın indi çempionatda iştirak etməməsi məni üzür. Təcrübəli futbolçudur, ağıllı insandır. Ən doğrusunu düşünəcək. Bizim komanda olaraq, planımızda belə şey yoxdur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43