19 Noyabr 2018
Ölkə futbolu

Qurban Qurbanov: “Rəqib rahat oynayırdı”

Topaz Premyer Liqasında IV tura start verilib. İlk oyun günündə “Qarabağ” öz meydanında “Sumqayıt”ı qəbul edib. Oyun meydan sahiblərinin 1:0 hesablı qalibiyyətilə yekunlaşıb.

Matçdan sonra keçirilən mətbuat konfranslnda ağdamlıların baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə matç haqda danışıb:

“Ağır oyun oldu. Çox şey alınmırdı. Rəqib daha rahat oynayırdı. Buna baxmayaraq qalib gəldik. Futbolçuları təbrik edirəm. Növbəti oyunumuz daha ağır olacaq. “Sumqayıt” komandasına da uğurlar arzu edirəm. Yaxşı oyun göstərdilər. Ümid edirəm, qarşıdaki oyunlarda daha yaxşı nəticə əldə edərlər”

– Oyunu izləyənlər arasında “Sportinq”in məşqçisi də vardı. Sizin komandadan kimsə gedəcəkmi?
– Xəbərim var. Məşqçinin burda olduğunu bilirdim. Bizdən kimsənin ora getməyinə ehtiyac olmayacaq. Rəqibi analiz etmişəm, oyunlarına baxmışam

– Nazim Süleymanov penalti olduğunu deyirdi. Buna münasibət necədir?
– Oyunda bir çox mübahisəli epizod oldu. Rəqib baş məşqçinin fikrinə hörmətlə yanaşıram. Hər oyundan sonra belə fikirlər olub.

– Araz Abdullayevin çıxışı sizi qane etdimi?
– Ondan maksimum nəticə gözləyə bilmərik. Komandada ilk oyunudu. İstəklidir, ciddi hazırlaşır. Ümid edirəm, yaxşı oyunların hələ görəcəyik.

– AFFA İcraiyyə Komitəsində iştirak etmədiniz. Yeni təyinat haqda fikirləriniz necədir?
– İclasa dəvət almışdım. Ancaq oyun var idi deyə iştirak edə bilmədim. Mənim fikrimə gəlincə, bu mənə aid olmayan sahədir. Bir neçə ölkədə belə təcrübələr olub.

Oxşar xəbərlər

Əvəzedicilərin çempionatı: “Neftçi” qalib gəldi

admin

Sadıq Sadıqov və Mahir Şükürov “Neftçi”ni kənardan izləyir – FOTO

admin

“Qəbələ” yenidən məşqlərə başladı

admin