Milli komanda

Qurban Qurbanov: “Rəqibləri daha yaxından tanımağa başlamalıyıq”

Bu gün İrlandiyanın paytaxtı Dublində 2020-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov bununla bağlı  fikirlərini bildirib:

“Maraqlı qrupa düşdük. Bütün komandalar tanışdır. Hər bir komandaya qarşı yaxşı mübarizə aparmaq olar. Mart ayınadək komandanı tam formalaşdırmalı və rəqibləri daha yaxından tanımağa başlamalıyıq.
Elə komandalar var ki, futbolçular həmin rəqiblərə qarşı oyunlarda daha inamlı olurlar. Bu amil xüsusən xal aldığın komandalarla görüşlərdə daha çox özünü büruzə verir. Ancaq illər keçir, nəsil dəyişimi baş verir. Ona görə biz rəqiblərin gücünü bugünkü reallığa görə dəyərləndirməliyik”.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43