Kateqoriyasız

Qurban Qurbanov razı qaldı, təşəkkür etdi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ölkə kubokunda finala yüksəlmələri haqda danışıb. 

İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis deyib:

“Komandamı, futbolçularımı, rəhbərliyi və azarkeşlərimizi final mərhələsinə vəsiqə qazanmağımız münasibətiylə təbrik edirəm. Minimum məqsədimiz finala vəsiqə qazanmaq idi. Stadionun rəhbərliyinə təşəkkür edirəm. Sağ olsunlar bizə belə bir şərait yaratdılar. Mayın 11-də “Qəbələ” ilə matçı da bu stadionda keçirəcəyik. Qarşıda çempionat oyunlarımız var, həmin qarşılaşmalara hazırlaşmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43