Ölkə futbolu

Qurban Qurbanov: “Rəqib yetırincə güclü komandadır”

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında “Qarabağ” səfərdə “Viktoriya Plzen”lə 0:0 hesablı heç-heçə edib. 

İdmanxeber.com-un məlumatına görə, komandanın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

“Oyundan əvvəl bildirdiyim ki, “Viktoriya Plzen” özünə məxsus üslubu ilə seçilir. Matçın 75-ci dəqiqəsinə qədər rəqib pressinq tətbiq etdi. Öz oyunlarından əl çəkmədi. Bu gün məğlub da ola bilərdik, lakin futbolçularım sona qədər mübarizə apardı. Bakıda bizi daha çətin oyun gözləyir. Rəqib göstərdi ki, yetərincə güclü komandadır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43