Premyer Liqa

Qurban Qurbanov “Rəvan”la oyundan danışdı

Premyer Liqanın XIV turunda doğma meydanda “Rəvan”la bərabərə qalan “Qarabağ”ın baş məşqçisi oyunsonrası mətbuat konfransında matç haqda fikirlərini bildirib:

“Rəqib komandada məşqçi işi görünür. Oyunu müdafiədən qurmuşdular, bu cür komandaya qarşı oynamaq həmişə çətin olur. Qol epizodlarından istifadə edə bilmədik. Ustalıq səviyyəsi yüksək olan futbolçularımız qol vura bilmədi. Futbolda belə hallar olur. Tam istədiyim kimi hücum futbolu oynaya bilmədik. Hər iki komanda taktiki planda düzgün oyun qurmuşdu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43