Kateqoriyasız

Qurban Qurbanov: “Reynaldonun yoxluğu hücumda…”

Sabah Avropa Liqasının qrup mərhələsnin 4-cü turunun oyunları keçirilcək.

İdmanxeber.com-un məlumatına görə, turnirdəki iki təmsilçimizdən biri ola “Qarabağ” doğma meydanda “Monako” ilə qarşılaşacaq.

Oyundan öncə ağdamlıların çalışdırıcısı Qurban Qurbanov mətbuat nümayəndələri ilə öz fikirlərini bölüşüb:

“Oyuna hazırlaşmışıq. Rəqiblə görüşə hazırlığa vaxt az olsa da, “Monako”nu öyrənmək üçün bütün imkanımızdan istifadə etmişik. Futbolçular sabahkı oyunun məsuliyyətini bilirlər. Reynaldonun yoxluğu ön xəttdə müəyyən dəyişiklik etməyə vadar etdi. Çalışacağıq ki, evdə sərfəli nəticə qazanaq.

Matçın keçiriləcəyi stadionda meydanın indiki durumu ürəkaçandır. Bu bizi çox sevindirir. Çalışırıq meydan çox yuklənməsin, həmişə belə yaxşı səviyyədə qalsın”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43