Milli komanda

Qurban Qurbanov: “Sabah ən yaxşı oyunlarımızdan birini keçirəcəyik”

UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda sabah Farer adalarını qəbul edəcək Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə görüş barədə fikirlərini bildirdi…

– Çox danışmağa ehtiyac yoxdu. Hər şey məlumdu. Bacardığımız qədər komandanı hazırlamışıq. Sabahkı oyunu düşünürük. Çalışacağıq ki, yaxşı çıxış edib nəticə qazanaq.

– Pavel Paşayevin durumu necədi?
– Hər şey qaydasındadı.

– Rəqibin baş məşqçisi və kapitanı çox iddialı danışırdı. Hər hansı sürpriz hazırlamaları mümkündü. Bunlara hazırsızmı?
– Əlbəttə ki, rəqibi tam yaxından tanımışıq. Onlara qarşı bir oyunumuz olub. Mütləqdi ki, hər bir komanda iddialı danışacaq. Çünki şanslar var. Biz də iddialıyıq. Düşünürəm ki, hər bir futbolçu əlindən gələni edəcək və sürprizlərə hazır olacaq. Oyunun gedişatında da rotasiyalar ola bilər. Ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq.

– Ötən oyunlarla müqayisədə yeni oyunçular var komandada. Start heyətində dəyişiklik gözləmək olarmı?
– Yeni oyunçular var. Amma indi fikir bildirə bilməyəcəm. Sasbah oyundan əvvəl heyət bilinəcək.

– Son dönəmlərdə komanda səfərdə daha yaxşı oynayır. Bu, nə ilə bağlıdı?
– Nə iləsə əlaqələndirmək istəməzdim. Bu, futbolçular üçün pis hal deyil. Amma komandalar ev oyunlarıda daha yaxş çıxış edirlər. Kiçik turnirdi. Biz Bakıda da yaxşı nəticə əldə edə bilərik. Bəzən səfərdə oyun qurmaqla evdə hazırlaşmaq arasında fərq olur. Öz meydanında oynayan daha aktiv oynamaq istəyir və bundan düzgün istifadə etmək olur. Öz meydanımızda isə rəqiblər müdafiədə daha diqqətli oynamağa çalışır. Hər bir halda biz bunu düşünmək durumunda deyilik. Bütün oyunlara qələbə istəyi ilə hazırlaşırıq. İnanıram ki, sabah ən yaxşı oyunlarmızdan birini göstərəcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43