Dünya futbolu

Qurban Qurbanov: “Sabah özümüzü ən yaxşı formada göstərməliyik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda səfərdə “Arsenal”la oyun öncəsi mətbuat konfransı keçirib.

İdmanxeber.az-ın Ağdam klubunun saytına istinadən yaydığı xəbərə görə, o, sabah yaxşı oyun göstərmək üçün meydana çıxacaqlarını deyib:

“Qrup mərhələsində sonuncu oyunumuzdur, rəqibimiz isə İngiltərənin köklü klublarından “Arsenal”dır və gücü hamıya bəllidir. Bilirik ki, rəqib bu mövsüm çox yaxşı nəticələr göstərir və İngiltərə nəhənglərindən biridir. Sabah da yaxşı oyun göstərmək üçün meydana çıxacağıq və çalışacağıq ki, ən yaxşı formada özümüzü göstərək”.

Qeyd edək ki, “Arsenal” – “Qarabağ” görüşü sabah Bakı vaxtı ilə 00:00-da başlayacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43