Ölkə futbolu

Qurban Qurbanov “Şerif”i yüksək qiymətləndirdi

“Sabahkı oyunda şansları bərabər sayıram. Hər iki komanda üçün bu qarşılaşma böyük fürsətdir, çünki mərhələ keçəcək komanda ən azından Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edir”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan 1 gün öncə keçirilən mətbuat konfransında jurnalistlərin qarşısına çıxan təcrübəli çalışdırıcı matçın asan keçməyəcəyini söyləyib: “Sabah bizi çətin və maraqlı mübarizə gözləyir. Rəqibimiz olduqca təhlükəlidir, bir neçə oyun üslublarından istifadə edir. “Şerif”i olduqca yüksək qiymətləndirirəm”.

“Köhlən atlar”ın baş məşqçisi, “penaltilər seriyası üçün xüsusi hazırlaşmısınızmı?” sualına belə cavab verib: Penaltilər seriyasına xüsusi hazırlaşmamışıq. Düzdür, penaltilər futbolun bir hissəsidir və bu oyunda penaltilər seriyasına qədər uzana bilər. Ancaq əsasən futbolçuları psixoloji cəhətdən ilk dəqiqələrdən oyuna köklənməyə çalışmışıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43