Müsahibə

Qurban Qurbanov: “Siz dediyiniz futbolçu haqda məlumatım yoxdu”

Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində “Qarabağ” Gürcüstanda “Samtredia” ilə qarşılaşıb.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Öncə oyun haqqında fikirlərini bildirən təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

– Əvvəl də qeyd etmişdim ki, ağır oyun olacaq. Bilirdim ki, bu komanda məğlub olmağı istəmir. Biz bu gün də bunun şahidi olduq. Burada hava çox isti idi. Futbolçular keyfiyyətlərini tam göstərə bilmirdilər. Komandamız düzgün müdafiə olunmağa çalışırdılar. Bəzi səhvlər olurdu, amma hesaba təsir etmirdi. Buna baxmayaraq, hər birindən razı qaldım. Rəqib komandanın futbolçularına təşəkkür etmək istəyirəm. 5:0 hesablı məğlubiyyətdən sonra da meydanda bu gün xarakter göstərdilər. Düşünürəm ki, bu futbolçularla “Samtredia” yaxın illərdə Gürcüstanın ən yaxşı komandalarından biri olacaq.

– Mətbuatda Nikaraqua millisinin futbolçusu ilə danışıqlar apardığınız yazılır. Hətta onu 400 min avroya transfer etmək istədiyiniz də deyilir. Bu məsələyə fikrinizi bildirərdiniz.

– Əvvəl də demişdim ki, transferlər etmək istəyirik. Bir neçə oyunçu ilə danışığlarımız gedir. Lakin siz dediyiniz futbolçu haqda məlumatım yoxdu.

– Layiqli qələbə qazandınız. Qeyd etdiniz ki “Samtredia” meydanda xaraxter göstərdi. Siz “Samtredia”nın hansısa futbolçusunu “Qarabağ”da görmək istəyirsinizmi?

– Komandanın oyun üslubunu bəyəndim. Bildiyim qədərilə çox da uzun müddət bir yerdə olan kollektiv deyil. Buna baxmayaraq, topla çox yaxşı davranırlar. Ancaq transfer siyahımızda bu komandadan hər hansı bir futbolçu yoxdur.

– “Kukesi”, yoxsa “Şerif” və nəyə görə?

– Əfsuslar olsun ki, bu suala cavab verə bilmərəm. Kim layiqdirsə, növbəti mərhələyə yüksələcək. Biz sadəcə, rəqibimizi gözləyirik…

– Bu gün öyrəşdiyimiz “Qarabağ”ı meydanda görmədik. Bu, komandanın tam hazır olmamasıyla bağlı idi, yoxsa başqa səbəbə görə?

– Bizim zəif oyunlarımız az olmayıb. Futbol elə oyundu ki, zəif də ola bilərik, məğlub da ola bilərik. Qələbələrimizi isə çox böyütmək istəmirəm. Hələlik kiçik addımlarla irəliləyirik. Klub olaraq bizim də problemlərimiz var. Hazırda futbolçularımdan tam gücü ilə oynamasını tələb edə bilmərəm. Onların bir-birinə uyğunlaşması üçün hələ vax lazımdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43