Dünya futbolu

Qurban Qurbanov: “Son vaxtlar üzərimizdə çox təzyiq var “

Sabah Avroliqanın qrup mərhələsinin IV turunda “Qarabağ” səfərdə “Vorskla”nın qonağı olacaq. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyundan öncə keçirilən mətbuat konfrasında jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə görüş barəsində fikirlərini bildirib:

“Sabah çətin və maraqlı oyun bizi gözləyir. İstəyirik ki, 4-cü oyunumuzda yaxşı nəticə qazanaq. Təbii ki, bunun çətin olacağının fərqindəyik. Ancaq biz bu oyuna çox yaxşı hazırlaşmışıq. Düşünürəm ki, sabahkı oyunda səhvsiz oynayacayıq”

-Rövanş barəsində düşünürsünüzmü, yoxsa bunun komandaya mənfi təsir göstərəcəyini fikirləşirsiniz ?

-Bizim xalımız yoxdu. Hansı komanda olsaydı biz ona qarşı bu istəklə meydana çıxacaqdıq. Biz yaxşı nəticə qazanmaq üçün çalıçacağıq. Bizim də, onların da fikri yaxşı nəticə qazanmaqdı.

-Zədəlilərin son durumu nə yerdədi?

-Ansi Aqolli sabahkı oyunda oynaya bilməyəcək. Maksim və Geryenin zədəsi çox ciddi deyil. Ümumən komanda sabahkı oyuna hazırdı.

“Arsenal”la Bakıdakı oyunda 3-4 qol vəziyyəti yaratsaq da, “Vorskla” ilə evdəki matçda epizodlarımız çox az idi. Bunun səbəbi motivasiya ilə bağlı idi, yoxsa nece?

-Həqiqətən də “Arsenal”la oyunda komanda fərqli görünürdü. Deməzdim “Vorskla” ilə oyunda motivasiya yox idi. Sadəcə “Vorksla” düzgün müdafiə olunurdu. Bunlar tam fərqli komandalardı, tam fərqli sistemdə oynayırdılar. Sadecə son vaxtlar bizim üzərimizdə psixoloji basqı var. Ölkəni tək biz təmsil edirik deyə hər kəs bizdən uğur gözləyir. Buna görə də bizdə psixoloji yörğunluq olur. Sabah düşündüyümüz alınsa, qələbə qazana bilərik.

– Püşkatmadan sonra “Vorskla” “Qarabağ” üçün ən münasib rəqib sayılırdı. Amma Bakıdakı oyunda buna bir qədər kölgə salındı. “Vorskla” yenə “Qarabağ” üçün münasib rəqibdi?

– Münasib dedikdə, onlara qarşı daha yaxşı çıxış etmək olar. Belə rəqibləri heç vaxt özümüzdən üstün saymıram. Nə də aşağı. Ukrayna çempionatıı hər halda daha güclü çempionatdı, ilboyu gərgin mübarizə olur. Bu, onların üstünlüyüdü. Amma bizim böyük təcrübəmiz var. Daha güclü çempionatların komandaları ilə oynamışıq və uğurlu nəticə qazanmışıq. “Vorskla” Bakıda zəif görünə bilərdi. Oyunu təhlil etdik. Onlardan heç nədə geri qalmırdıq. Biz bura yaxşı oyun və uğurlu nəticə üçün gəlmişik. Sabah “Vorskla” deyil, digərləri ilə qarşılaşsaydıq, yenə eyni cür yanaşacaqdıq. “Vorskla”nın öz oyun üslubu var, onlara böyük hörmətim var. Güclü futbolçuları və özünəməxsus taktikaları var. Amma yaxşı çıxış etmək istəyirik. Alınmasa, bu başqa məsələ.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43