Kateqoriyasız

Qurban Qurbanov sualları cavablandıracaq

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq “Dandolk” – “Qarabağ” oyunu öncəsi Azərbaycan çempionunun son məşq və mətbuat konfransının vaxtı açıqlanıb. İdmanxeber.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Ağdamlıların baş məşqçisi Qurban Qurbanov bu gün Bakı vaxtı ilə 21:30-da media mənsublarının önünə çıxacaq. Təmsilçimizin son məşqi isə 21:45-də qarşılaşmanın keçiriləcəyi “Oriel Park” stadionunda baş tutacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

Qeyd edək ki, sabah keçiriləcək “Dandolk” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43