Kateqoriyasız

Qurban Qurbanov: “Təəssüf ki, itkilərimiz çoxdu”

“Bizi bu oyunda ancaq qələbə lider edəcəkdi və şükürlər olsun ki, belə də oldu. Futbolçularımı təbrik edirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Sumqayıt”la oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli çalışdırıcı bu mövsüm 3-cü oyunda da 6 qolla qələbə qazanmalarını belə şərh edib:

“Futbolda bəzən belə oyunlar olur. Bu o demək deyil ki, hər oyun belə olacaq. Komanda nizam-intizamı qorudu və yaxşı nəticə qazandıq”.

Qurbanov zədəli futbolçuların “Sivasspor”la oyuna kimi hazır olmayacağını bildirib:

“Maksim və Rahil başqa ölkədə karantinə alınıb. Bədavi Hüseynov ola bilər ki, hazır olsun. Abbas Hüseynov və Patrik Andrade isə ayın axırına kimi bizə kömək edə bilməyəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43