Kateqoriyasız

Qurban Qurbanov və futbolçularından Prezidentin çağırışına dəstək

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov və klubun futbolçuları  koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq, irəli sürülmüş təşəbbüsə qoşulub.

İdmanxeber.az xəbər verir ki, Q.Qurbanov Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 min manat, futbolçular isə ümumilikdə 50 min manat köçürüb.

Koronavirusla mübarizə çərçivəsində yaradılmış koronavirusinfo.az saytında  yardım edən şəxslərin siyahısında Q.Qurbanov və “Qarabağ”ın oyunçularının da adı qeyd edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Azərbaycan İdman Jurnalistləri Federasiyası yaradıldı

admin

UEFA-dan “Trabzonspor”a avrokubok qadağası

admin

“Qarabağ” yeni transferini rəsmən açıqladı

admin