Ölkə futbolu

Qurban Qurbanov: “Xəzər Lənkəran” bəlkə də çempionatda ən baxımlı oyun göstərən komandadır”

Topaz Premyer Liqasının IX turunun son oyununda “Qarabağ” “Xəzər Lənkəran” üzərində 3-2 hesablı qələbə qazandı. Bu qələbə Ağdam klubunu turnir cədvəlinin zirvəsinə yüksəltdi.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra bu sözləri deyib:

“Ən ağır oyunlardan birini keçirdik. Çox vacib qələbə qazandıq. “Xəzər Lənkəran” yaxşı komandadır. Bəlkə də çempionatda ən baxımlı oyun göstərən komandadır. Biz diqqətli olmalıyıq. Oyuna nəzarəti bir anlıq əldən vermişdik. Lakin futbolçularımız sona kimi döyüşdülər. Qələbə qazandığımız üçün şadam. Növbəti turda “İnter”ə qarşı çətin oyunumuz var. Həmin qarşılaşmaya ciddi hazırlaşmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43