Kateqoriyasız

Qurban Qurbanov: “Xüsusi bir səbəb axtarmaq lazım deyil”

Sabah Avroliqanın qrup mərhələsi çərçivəsində keçiriləcək “Dnepr” – “Qarabağ” oyunundan öncə mətbuat konfransı təşkil olunub. 

İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov və futbolçu Namiq Yusifov “Dnepr”lə oyundan əvvəl fikirlərini bildiriblər.

Qurban Qurbanov: “Sabah bizi çətin oyun gözləyir. Rəqibimiz həqiqətən yaxşı oyun sərgiləyir.Zədəli futbolçularımız olsa da, biz bunu düşünməli deyilik, oyuna maksimum dərəcədə diqqətli hazırlaşmalıyıq.

Rəqibin heyətində çox yüksək texnikalı futbolçular var. Kiyevə oyuna 1 gün qalmış gəlməyimizdə xüsusi bir səbəb axtarmaq lazım deyil, bu, vəziyyətdən asılı olaraq dəyişir, normal haldı.

Bilirik ki, “Dnepr” də bu oyuna qələbə üçün çıxacaq, amma biz də əlimizdən gələni edib, baxımlı futbol sərgiləyərək Bakıya uğurlu nəticə ilə dönməyə çaışacağıq”.

Namiq Yusifov: “Həqiqətən də rəqibimiz güclü oyun sərgiləyir, zənnimcə, azarkeşlər sabah sürətli və baxımlı oyunun şahidi olacaqlar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43