İdman

Qurban Qurbanov: “Yaxşı olardı ki, bu sualı onun atasına verəsiniz”

“Neftçi”yə diqqət edirdik. Axır vaxtlar, formda olan komandadı. Çalışırdıq ki, top daha çox bizdə qalsın.  Bununla belə ağıllı hücumlar qurmaq niyyətində idik. Belə hücumlardan birində qol vurduq. Azarkeşlərimiz və bizim üçün maraqlı oyun oldu. Tərlan Əhmədova da uğurlar arzu edirəm”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən “Qarabağ” – “Neftçi” matçı sonrası meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov deyib. Qalib gəldikləri üçün sevincli olduqlarını dilə gətirən Qurbanov, 3 xala görə futbolçularına təşəkkür etdiyini bildirib.


– Mirhüseyn Seyidov və Nizami Hacıyevin futboldan uzaqlaşdırıldı. Sizcə bu ağır cəza deyildimi?

– Başqa klubların işinə qarışmaq düzgün çıxmaz. İndidən nəsə demək olmaz. Əgər reaksiya versək, çılığınlıq olar. Ümumiyyətlə bu mövzuya mənim şərh bildirməyim doğru deyil.. 

– Bu hal Azərbaycan futboluna ləkə ola bilər?

– Danışılmış oyunlar bir çox ölkələrdə baş verir. Yadınızdadısa, bir neçə il öncə İtaliyada da bu cür hallar baş verirdi. Sadəcə qumar oyunu elə bir şeydi ki, ola bilsin, insanın ağlını başından alır.

– Ansi Aqolli “Roma” matçında iştirak edəcək?

– Xeyr. Nə Ansi, nə Rəşad Sadıqov, nədə ki, Bədavi Hüseynov bu matçda iştirak etməyəcək.

– Bəs Jezniçakla yanaşı meydana hansı futbolçunu buraxmağı planlaşdırırsız?

– Böyük ehtimalla onunla yanaşı müdafiədə Elvin Yunuszadə çıxış edəcək.

– Mahir Mədətovun xarici klublardan təklif aldığı deyilir. Əgər real bir danışıq olarsa, onu buraxmaq fikriniz var?
– Bu sualı yaxşı olardı ki, onnun atasına verəsiniz. (gülür)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43