İdman

Qurban Qurbanov yerini qorudu, Qriqorçuk gerilədi

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ötən həftə olduğu kimi yenə 452-ci yerdə qərarlaşıb. Onun hesabında 1361 xalı var.

“Qəbələ”nin baş məşqçisi  Roman Qriqorçuk isə 7 pillə irəliləyərək  852 xalla 625-ci  yerdə qərarlaşıb.

Qeyd edək ki, siyahıya “Real”ın baş məşqçisi Zinəddin Zidan başçılıq edir.  Luis Enrike (“Barselona”) 2-ci, Dieqo Simeone (“Atletiko”) isə 3-cüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43